Donald Tramp Dünya Bankını Çinə kredit verməyi dayandırmağa çağırıb

ABŞ Prezidenti Donald Tramp Dünya Bankının Çinə kredit verməyi dayandırmalı olduğunu bildirib.

 

Donald Tramp bu barədə özünün “Twitter” səhifəsində məlumat yayıb. “Dünya Bankı nəyə görə Çinə kredit verməlidir? Çinin pulu çoxdur. Pul çatışmasa da, tapacaqlar. Bunu dayandırmaq lazımdır”, - ABŞ prezidenti belə yazıb.

 

Dekabrın 2-də ABŞ-ın Ticarət naziri Uilbur Ross Fox News telekanalına müsahibəsində dekabrın 15-nə qədər ticarət sazişi imzalanmasa, Donald Trampın Çindən idxal edilən bəzi məhsullara rüsumu artırmaq niyyətində olduğunu deyib.

 

NAĞD PUL 17%-DƏN

 

© "Azərtac"

7 Dekabr 2019 , 12:14   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin