Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Restrukturizasiya üçün müddətin artırılması vətəndaşlara əlavə imkan vermiş olar”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Restrukturizasiya üçün müddətin artırılması vətəndaşlara əlavə imkan vermiş olar”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Hazırda son aydır. 

 

Prezident Fərmanına əsasən vətəndaşlar üçün kifayət qədər böyük həcmdə güzəştlər nəzərdə tutulub. Belə ki, vətəndaşın banka olan və hazırki vaxtadək hesablanmış, faiz və cərimələri eyni zamanda məhkəmə xərcləri də daxil olmaqla bütün məbləğlər bağışlanır, heç bir komissiya və rəsmiləşmə xərci tutulmadan 5 il müddətinə,  illik 1%-lə və ilk 12 ay isə yalnız faiz borcunu ödəmə şərtləri ilə kredit yenidən rəsmiləşdirilir.

 

"Bank of Baku" ASC-nin sahə direktoru Tural Məmmədovun "Marja"ya bildirib ki, Fərman ilə müəyyən edilmiş müddətin uzadılması olmayan vətəndaşlara əlavə imkan vermiş olar: 

 

“Müştərilərin bankda olan əlaqə vasitələrinin sonradan dəyişilməsi, bəzi vətəndaşların qeydiyyatda olduğu ünvanda faktiki yaşamaması və hazırki yaşayış üvanının bizə məlum olmaması, bəzilərinin xaricdə olması, vəfat etməsi və s. bu kimi bankdan asılı olmayan bəzi səbəblərə görə vətəndaşların hamısı ilə əlaqə saxlamaq və dəvət etmək mümkün olmur. Bir qisim müştərilərə isə dəfələrlə məlumat verilməsinə baxmayaraq gələcəklərini bidirsələr də, hələ də banka hər hansı bir müraciət etməyiblər. Ümid edirik müddətin sonunadək onlar da yaxınlaşıb, yaradılmış bu güzəştlərdən faydalanarlar.

 

Hesab edirəm ki, restrukturizasiya layihəsinin icrası ilə bağlı 7-8 ay aralığında olan müddət bu layihənin icrası və vətəndaşların hamısının müraciət etmələri üçün kifayət qədər geniş müddət idi. Lakin müəyyən edilmiş müddətin artırılması hər hansı bir obyektiv səbəbdən banka muraciət etmək imkanı olmayan vətəndaşlara əlavə imkan vermiş olar”. 

 

Tural Məmmədov ilə geniş müsahibəni buradan oxuya bilərsiniz.

10.12.2019 06:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ