Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Subsidiyalar ilin əvvəlində veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Subsidiyalar ilin əvvəlində veriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Subsidiyaların ilin əvvəlində verilməsi aqrar sektorun inkişafını stimullaşdıracaq. İndiyədək kağız sənəd dövriyyəsi ilə əlaqədar subsidiyaların verilməsi sentyabr-oktyabr aylarına təsadüf edirdi. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqindən sonra yeni maliyyə ili başlayan kimi əkin subsidiyasının vəsaitləri payızlıq əkinləri bəyan etmiş fermerlərin "Fermer kartı"na köçürüləcək. Bununla da təsərrüfat ili öncəsi fermerin vəsaiti olacaq ki, aqrotexniki tədbirləri həyata keçirsin".

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

 

Nazir müavini bildirib ki, aparılan məqsədyönlü tədbirlər nəticəsində payızlıq əkinlərin bəyan edilməsi prosesi sürətlənib: "Fermerlərin EKTİS sisteminə sürətli adaptasiya olunması bizləri sevindirir. Mən fermerlərimizi daha aktiv olmağa, payızda hansı məhsulu əkdiklərini bəyan etməyə çağırıram".

 

Kənd Təsərrüfatı Nazirliyinin Elektron hökumətin tətbiq edilməsi şöbəsinin müdiri Asif İsmayılov bildirib ki, fermırlırin EKTİS-də qeydiyyatı və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) və "ASAN xidmət" mərkəzlərində xidmət pəncərələri yaradılıb:

 

"Eyni zamanda, DAİM-lərin nəzdində fermerlərə səyyar xidmət göstərmək üçün mobil qruplar yaratmışıq. Səyyar qruplarımız bütün rayonlarda kəndlərə gedərək fermerlərə informasiya-məsləhət xidməti göstərirlər. Əgər qeydiyyat və bəyanla bağlı hər hansı sual yaranarsa, fermerlərimiz Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər. Operatorlarımız onların suallarını dolğun şəkildə cavablandıracaqlar".

 

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Aparatının üzvləri EKTİS-in tətbiqi ilə əlaqədar bölgələrdə yerli icra nümayəndələri, bələdiyyə sədrləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları ilə görüşlər keçirir, fermerlər üçün maarifləndirmə sessiyaları təşkil edirlər.

10.12.2019 07:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ