Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

SOCAR və "Baker Hughes" arasında bir sıra sənədlər imzalanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR və "Baker Hughes" arasında bir sıra sənədlər imzalanıb

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Baker Hughes" beynəlxalq şirkəti arasında bir sıra sənədlər imzalanıb.

 

İmzalanma Bakıda keçirilən "Energy Forward” tədbirində baş tutub.

 

İlk sənəd yuxarı axın əməliyyatlarındasəmərəli quyuların konsepsiyasının işlənib hazırlanması və icrası ilə bağlı anlaşma memorandumudur. Bu layihənin əsas məqsədi yeni quyularda səmərəliliyin artırılması imkanlarının müəyyən olunması və əldə edilməsidir. "Baker Hughes" şirkətinin qabaqcıl texnoloji həllərinin tətbiqi Azərbaycanın neft və qaz sənayesində inkişafa dəstək olmaqla, yerli resurslar və imkanlardan daha səmərəli istifadəyə şərait yaradacaq.

 

Digər sənəd "Baker Hughes" və SOCAR-ın Neft və Qaz Tədqiqatı və Layihələndirmə İnstitutu və SOCAR-ın Azərbaycanda mövcud qurğusundan səmərəli istifadə əsasında neft sənayesi üçün reagentlərin istehsalını daxildə həyata keçirməyə yol açan razılaşmadır. Qlobal hasilat standartlarını təqdim etməklə, "Baker Hughes" və SOCAR yerli istismar təşkilatlarına ölkə daxilində və Xəzər dənizi regionunda aparıcı layihələrə qoşulmaq imkanı verəcək. Bu təşəbbüs həmçinin, yerli imkanları genişləndirmək və təkmilləşdirməklə biliklərin ötürülməsinə imkan verəcək və uzun-müddətli strateji fayda yaradacaq.

 

Bundan əlavə, "Baker Hughes", Bakı Ali Neft Məktəbinə JewelSuite proqram təminatı üçün lisenziyanın verilməsi barədə təhvil-təslim aktı imzalanıb. Dəyəri 1 milyon ABŞ dollarından artıq olan bu proqram təminatı üçün lisenziyalar tələbələrə Xəzər hövzəsində yeraltı mürəkkəb quruluşları modelləşdirməyə imkan yaradacaq. Bu təşəbbüs, sənaye sahəsində aparıcı geoloji və geofiziki proqram təminatından istifadə sahəsində real təcrübə qazanacaq, eyni zamanda tələbələrin təhsildən birbaşa peşəkar fəaliyyətə keçidinə dəstək verəcək.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Report"

10.12.2019 08:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ