Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bank işə qəbul elan etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank işə qəbul elan etdi

(®) Azərbaycan Beynəlxalq Bankı  aktiv şəkildə böyüyən Telemarketinq komandasına mütəxəssislərin işə qəbulunu açıq elan edir.

 

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, satış sahəsində davamlı fərdi və peşəkar inkişafa can atan bütün təcrübəli namizədləri vakansiyaya müraciət etməyə dəvət edirik.

 

Görəcəyiniz işlər:

-Bankın mövcud məhsul və xidmətlərinin müştərilərə zəng vasitəsilə ilkin satışı

-Potensial müştəriləri bazasına zənglərin edilməsi

-Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və bank məhsullarına dair məsləhətlərin verilməsi

-Bankın təsdiqlənmiş metodologiyasına uyğun olaraq şikayətlərin araşdırılması

-Müraciətlərin interfeysdə qeydiyyatının aparılması

Hər zəng uğurlu bir satış ola bilər və əlavə gəlir mənbəyinə çevrilə bilər! Ən əsası isə Siz müştərilərə öz problemlərinə həll yolu tapmaqda və Bankla ünsiyyətdən zövq almaqda böyük rol oynayacaqsınız.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

-Adekvat əmək haqqı və bonus sistemi

-Növbəli iş qrafiki (gün ərzində 8, həftə ərzində 40 saatı keçməmək şərti ilə)

-Rahat iş şəraiti

-Təlim və inkişaf məsələlərində Bankın dəstəyi

-Davamlı karyera inkişafı

Bizim üçün ideal namizəd:

-Satış sahəsində (telesatış və ya qaynar satışlar) ən az 6 ay iş təcrübəsi olan

-Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən

-İnandırmağı, arqumentlər tapmağı, problemlərə kreativ həll yolları tapa bilən

-Ünsiyyət qurmağı sevən və bunu ustalıqla, bacarıqlı və aydın şəkildə apara bilən

-Komputer bilikləri yüksək səviyyədə olan bir şəxsdir

 

Əgər bizim axtardığımız idel namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına 06.01.2020 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Telemarketinq Mütəxəssisi")

 

Əlavə məlumat üçün: www.ibar.az

 

10.12.2019 05:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ