Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"EuroHome”dakı yanğın söndürüldü - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"EuroHome”dakı yanğın söndürüldü - AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fövqəladə Hallar Nazirliyi (FHN) "EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı məlumat yayıb.

 

Reklam_3_11

"Marja" nın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən söndürülüb.

 

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub.

 

Hazırda soyutma işləri davam etdirilir.

 

İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub. Hazırda araşdırma işləri davam etdirilir.

10.12.2019 09:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ