Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Faiz artımlarını gələn ildən sonrası üçün danışa bilərik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Faiz artımlarını gələn ildən sonrası üçün danışa bilərik"

Fed sədri bildirib ki, hazıkı faizlər iqtisadiyyatı dəstəkləyən səviyyədədir. Faiz artımlarını gələn ildən sonra üçün danışa bilərik.


 

Reklam_3_11

ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell, Federal Açıq Bazar Komitəsinin dekabr ayı yığıncağının ardından keçirdiyi mətbuat konfransında açıqlamalar verib. 

 

"Marja" xəbər verir ki, Powell, "İqtisadiyyat mülayim şəkildə artır, mülayim artımın davamını gözləməkdəyik. İqtisadiyyatın görünüşü risklərə baxmayaraq müsbətdir. İnflyasiya davamlı olaraq hədəfdən aşağı qalır. İnflyasiya təzyiqləri zəif qalmağa davam edir.Pul siyasəti ABŞ xalqına xidmət üçün yaxşı mövqelənmiş vəziyyətdədir. Zəif qlobal iqtisadi artım, ticarət qeyri-müəyyənliyi emala təzyiq etməyə davam edir. Repo əməliyyatlarına davam edəcəyik. Mövcud siyasətimizin inflyasiyanı artırmaq üçün uyğun olduğunu düşünürük. Fed görünüşdəki əhəmiyyətli dəyişikliklərə cavab verəcək. Repo əməliyyatlarının detallarında tənzimləmələr edəcəyik. İqtisadiyyat 1998-dəkindən çox fərqlidir, faiz artımlarına daha az ehtiyacı var. Yuxarı istiqamətli inflyasiya təzyiqləri olmadan işsizlik uzun müddət çox aşağı qala bilər. Faizlər dəstəkləyici səviyyədədir.Faiz artımlarını gələn ildən sonrası üçün danışa bilərik. Bəzi üzvlər inflyasiyadakı zəifliyə diqqət çəkdi. İnflyasiyanın yüksəlməsi üçün zaman lazımdır. USMCA Razılaşması ticarətdə qeyri-müəyyəbliyini azaldar, iqtisadiyyatı dəstəklər. Ticarət gərginliyinin iqtisadiyyat üzərində çox əhəmiyyətli təsiri oldu. ABŞ-Çin ticarət razılaşması bazarlar üçün USMCA-dən daha əhəmiyyətlidir. Faizləri artırmaq üçün inflyasiyada çox əhəmiyyətli və qalıcı yüksəliş lazımdır. Güclü tədbirlər görmüşük, indi addımlarımızın təsirlərini görmək üçün gözləməyə keçmişik",- deyib

12.12.2019 04:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ