Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Çıxışı səhv anlaşılsa kəskin qiymət dəyişiklikləri baş verə bilər - QLOBAL BAZARLARDA HƏYACAN

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çıxışı səhv anlaşılsa kəskin qiymət dəyişiklikləri baş verə bilər - QLOBAL BAZARLARDA HƏYACAN
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Avropa Mərkəzi Bankının yığıncağı keçiriləcək. "Marja" xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) bugünkü yığıncağında faizlərdə dəyişiklik ediləcəyi gözlənilmir. Bank faiz qərarı Bakı vaxtı ilə saat 16:45-də açıqlanacaq. 

 

Bankın yeni sədri Christine Lagarde-ın (Kristin Laqard) çıxışı bazarların diqqət mərkəzində olacaqdır.

 

İqtisadçılar, Lagarde-ın yaxşı bir natiq olaraq önə çıxdığını, ancaq yeni sədr olaraq mərkəzi bankın dilini öyrənməyə çalışdığını, pul siyasəti mövzusundakı ifadələrinin səhv anlaşıla bilinəcəyini ifadə edirlər.

 

"ING Group"un Baş iqtisadçısı Peter Vanden Houte, Lagarde-ın AMB-in yeni sədri olaraq ilk pul siyasəti yığıncağını keçirəcəyini xatırladaraq, bazarlarda yığıncaq əvvəlindəki həyəcanın; siyasətə dair ola biləcək dəyişikliklərdən ötəri deyil, Lagarde-ın ünsiyyətinin Mario Draghi ilə müqayisədə necə olacağından qaynaqlandığını söyləyib.

 

Houte, Avro Bölgəsi iqtisadiyyatının bir az sabitləşdiyini, ancaq hələ kövrək səviyyələrdə olduğunu və inflyasiyanın AMB-nin hədəflərindən uzaq qaldığını qeyd edərək, bankın pul siyasətinə dair duruşunu nizamlaması mövzusunda az qala heç bir iqtisadi arqumentin olmadığını qeyd edib.

 

 Houte, bir çox AMB rəsmisinin hazırkı pul siyasəti duruşundan məmnun göründüyünü dilə gətirib.

 

Houte, AMB-nin hazırkı yumşaq ünsiyyətinin dəyişməsinin sürpriz olacağını bildirib. 

 

"Commerzbank"ın iqtisadçısıs Michael Schubert isə AMB-nin "gözlə-gör" tərzi bir mövqe nümayiş etdirəcəyini nəzərdə turtur. Schubert, AMB-nin 2020-in ilk yarısında strategiyasını nəzərdən keçirməyə başlaya biləcəyini söyləyib.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

Schubert, Lagarde-ın, pul siyasətini sıravi insanlar üçün daha aydın olacaq hala gətirmək istədiyini və pul siyasətini yalnız maliyyə bazarlara deyil, küçədəki sıravi insanlara da izah etmək strategiyasını tətbiq edəcəyini söyləyib.

 

Lagarde-ın hələ mərkəzi bank dilini öyrənməyə çalışdığını bildirən Schubert, maliyyə bazarlarının Lagarde-ın ifadələrini səhv başa düşməsi kimi bir risk olduğunu qeyd edib.

 

 "2020-nin Martında faizlərdə bir endirim daha ola bilər"

 

"Rabobank"dan Elwin de Groot isə yığıncaqda heç bir dəyişiklik gözləmədiklərini söyləyib. Groot, Mart 2020-də faizlərdə bir endirim daha ola biləcəyini deyib. 

 

Groot, Lagarde-ın yeni strategiya haqqında məlumat verə biləcəyini də qeyd edib. 


"Capital Economics"in Avropa üzrə Baş iqtisadçısı Andrew Kenningham, bu gün AMB-nin siyasətində dəyişiklik olmayacağını, ancaq 2020-ci ilin sonuna qədər 30 bəndlik bir faiz endirimi edilə biləcəyini söyləyib. 

 

Kenningham, Lagarde-ın IMF sədri olduğu dövrdə yaxşı bir ünsiyyətçi olaraq tanındığını, ancaq pul siyasəti mövzusunda danışarkən o qədər axıcı olmayacağına dair narahatlıqlar olduğunu söyləyib. 

12.12.2019 07:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ