Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Hasilatın azaldılması neft bolluğunun qarşısını almayacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Hasilatın azaldılması neft bolluğunun qarşısını almayacaq"

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və müttəfiqləri keçən həftə neft istehsalını cəmi gündəlik 1,7 milyon barel azaltmaq qərarı qəbul ediblər. "Marja" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (IEA) neft hasilatının azaldılmasının 2020-ci ildə təklif bolluğunun qarşısını almayacağını açıqlayıb. 

 

Reklam_3_11

IEA OPEC-in qərarına baxmayaraq neft ehtiyatlarının ilk rübdə gündəlik 700 min barel arta biləcəyini nəzərdə tutur.

 

Qlobal bazarlarda artıq təklifin gələn ilin 2-ci rübündə gündəlik 1 milyon barelə qədər çıxa biləcəyi, bunun da OPEC ölkələri üçün çətinlik yaradacağı bildirilib. OPEC ölkələrinin növbəti hücumu qiymətləndirmək üçün Mart ayının əvvəlində toplanması gözlənilir.

 

Xəbər verdiymiz kimi, Dekabrın 6-da Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması ilə bağlı qərar qəbul olunub.Bununla da “OPEC plus” üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barrelə çatdırılıb (əvvəl 1,2 milyon barel idi). Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi “OPEC plus” ölkələri arasında  proporsional qaydada aparılıb. 

12.12.2019 15:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ