Mobil manşet üstü reklam_21

İlham Əliyev dövlət şirkətini təriflədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlham Əliyev dövlət şirkətini təriflədi

Prezident İlham Əliyev görülən tədbirlər, o cümlədən kadr islahatlarının aparılması nəticəsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin beynəlxalq şirkətə çevrildiyini bildirib. 

 

 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevdir. 

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan ilk neft tankerinin istismara verilməsi və “Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində iştirak edib. Mərasim zamanı  İlham Əliyev şirkəti tərifləyib:

 

Prezident İlham Əliyev: Zavod da (Bakı gəmiqayırma zavodu - red) işləyir. İş yerləri açılıb. İndi zavodu sifarişlərlə biz özümüz təmin edirik və gəmilərin tikintisinin maliyyə yükünün əsas hissəsini Xəzər Dəniz Gəmiçiliyi öz üzərinə götürüb. Elədirmi?

 

Rauf Vəliyev: Bəli, 30 faizi dövlət tərəfindən təmin olunur.

 

Prezident İlham Əliyev: 30 faiz dövlət, 70 Gəmiçilik. Bu da onu göstərir ki, Gəmiçilik indi gəlirlə işləyir və əldə edilmiş gəlir kənara getmir, Azərbaycanda qalır. Azərbaycanda tankerlər, bərələr inşa edilir. Yəni, pul qalır ölkəmizdə. Vaxt var idi ki, Xəzər Dəniz Gəmiçiliyi dövlətdən dotasiya alırdı. Vergi şəklində cəmi 1 milyon manat ödəyirdi. Amma sonra tədbirlər görüldü, o cümlədən kadr islahatları aparıldı. İndi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi gözəl standartlara çatıbdır və beynəlxalq şirkət kimi fəaliyyət göstərir.

 

HƏMÇİNİN OXU:İlk tanker istismara verildi

 

13.12.2019 15:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ