Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR və “PAŞA” paylarını Türkiyə holdinqinə satdılar

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR və “PAŞA” paylarını Türkiyə holdinqinə satdılar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində Türkiyənin “Tekfen” şirkəti “SOCAR Polymer” şirkətinin səhmlərinin bir hissəsinin almasına dair sənəd imzalanıb.

 

 SOCAR-dan verilən məlumata görə, satılan səhmlərin 5 faizi SOCAR-a, 5 faizi isə “Paşa Holding”ə aid olub. Sənədi "SOCAR Overseas" şirkətinin direktoru Firudin Həsənov və "Tekfen Holding"in İdarə Heyətinin sədri Murat Gigin imzalayıblar.

 

Xatırladaq ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkətdir. “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədi ilə 2013-cü ildə təsis edilib. “SOCAR Polymer” kompleksi illik istehsalat gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan iki zavoddan ibarətdir. 2015-ci il oktyabrın 25-də Prezident İlham Əliyevin iştirakı ilə yeni texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli qoyulub. “SOCAR Polymer” layihəsi çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də olub, yüksək sıxlıqlı polietilen zavodu isə 18 fevral 2019-cu il tarixində ölkə başçısının iştirakı ilə istismara verilib.

 

“SOCAR Polimer” layihəsinin ümumi investisiya dəyəri təxminən 816 milyon dollar (ƏDV daxil olmaqla) təşkil edir. Bu məbləğin 60%-ni xarici kredit, 40%-ni səhmdarların nizamnamə kapitalına yatırımı təşkil edir. Müəssisədə polipropilen və yüksəksıxlıqlı polietilen məhsulu istehsal olunur.

14.12.2019 09:35

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ