Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda sement və armatur istehsalı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda sement və armatur istehsalı azalıb

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 milyon 166 min ton sement istehsal edilib.

 

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən sementin istehsalı 1,6 faiz azalıb.

 

Betondan yığma tikinti konstruksiyalarının istehsalı 53,3 faiz azalaraq 38,9  min kub metr, tikinti gipsinin istehsalı isə 66,5 faiz azalaraq 13,5 min ton təşkil edib.

 

2019-cu ilin yanvar-noyabr dövründə əvvəlki ilin müvafiq dövrünə nisbətən tikinti əhənginin istehsalı 48,5% artaraq 40,6 min ton olub.

 

2019-cu ilin yanvarnoyabr aylarında 278,3 min ton armatur istehsal edilib, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6% azdır.

 

Ümumiyyətlə, 2019-cu ilin yanvar-noyabr aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 4,4 faiz artaraq 709,8 milyon manat təşkil edib. Tikinti kərpicinin istehsalı 38,1 faiz, tikinti əhənginin istehsalı 48,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 28,1 faiz artıb.

 

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-noyabr aylarında 686,8 milyon manatlıq məhsul istehsal olunub, hazır metal məmulatlarının istehsalı sahəsində 82,4 faiz artım, metallurgiya sənayesində 11,7 faiz azalma müşahidə olunub.

18.12.2019 08:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ