"Pulsuz səhiyyə böyük problemdir və özünü doğrultmadı" - NAZİR MÜAVİNİ
Səhiyyə müəssisələrinin nazirliyin və ya başqa qurumun tərkibində olması vacib faktor deyil".
Bunu Səhiyyə nazirinin müavini Rahim Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, pulsuz səhiyyə özünü doğrultmayıb: "Pulsuz səhiyyə dövlət üçün böyük yükdür və həddindən artıq böyük problemdir. Dünyanın inkişaf etmiş ölkələrində əhali icbari tibbi sığorta ilə müalicə olunur. Səhiyyə müəssisələrinin hansı qurumun tabeliyində olmasından asılı olmayaraq tibbi sığorta ilə əhaliyə göstəriləcək səhiyyə xidmətlərinin keyfiyyəti yüksələcək".
R.Əliyev bildirib ki, nazirlik dövlətin səhiyyə siyasətini daima yürüdür və yürüdəcək. O vurğulayıb ki, tibb müəssisələri mərhələli şəkildə İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinə verilməsi 2020-ci il ərzində davam etdiriləcək.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
29 d. əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 36 d. əvvəl
-
48 d. əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
50 d. əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 52 d. əvvəl
- 53 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
-
2 saat əvvəl
2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb