Bank Respublika məktəblərdə maliyyə savadlılığı üzrə təlimlər keçdi
® Korporativ sosial məsusliyyət layihələrinə xüsusi önəm verən Bank Respublika, ölkəmizdə həyata keçirilən “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinə öz töhfəsini verdi.
Belə ki, Bankın əməkdaşları noyabr-dekabr aylarında Bakı şəhərində və regionlarda yerləşən 25 məktəbdə 1000-ə yaxın şagirdə banklarda kreditlərin verilməsinin əsasları haqqında təlimlər keçmiş, onları maraqlandıran sualları cavablandandırmışdır.
Qeyd edək ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (Junior Achievement Azerbaijan) həyata keçirdiyi layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdə maliyyə savadlılığı və sahibkarlıq bacarıqlarının erkən yaşlardan inkişaf etdirilməsindən ibarətdir. Layihə çərçivəsində tədris və elektron resursların hazırlanması, təlimçi müəllimlərin yetişdirilməsi, ümumi təhsil müəssisələrinin nəzdində sahibkarlıq mərkəzlərinin yaradılması planlaşdırılır.
Bankdan verilən məlumata əsasən, Bank növbəti ildə də maliyyə savadlılığıının artırılması, təhsil və digər sosial layihələr həyata keçirərək cəmiyyətə faydalı olmağa davam edəcək.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
5 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
5 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
6 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
6 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 6 saat əvvəl
-
7 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
7 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 7 saat əvvəl
- 7 saat əvvəl