Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Tanınmış iqtisadçı da namizəd oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tanınmış iqtisadçı da namizəd oldu

Tanınmış iqtisadçı ekspert Vüqar Bayramov da gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

 

O namizədliyini 84 saylı Füzuli seçki dairəsindən irəli sürəcək.

 

V. Bayramov artıq ötən gün sənədlərini seçki dairəsinə təqdim edib.

 

"Gələn il fervalın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 84 saylı Füzuli Seçki Dairəsindən müstəqil namizəd kimi iştirak etməyə qərar verdim. Bu məqsədlə dünən sənədlərimi seçki dairəsinə təqdim etdim.

 

Bu günədək qurucusu və rəhbəri olduğum İqtisadi və Sosial İnkişaf Mərkəzinin xətti və dəyərli iqtisadçı həmkarlarımın dəstəyi ilə hazırladığımız çoxsaylı təkliflər və iqtisadi mexanizmlər müvafiq dövlət qurumları tərəfindən qəbul edilərək icra olunub. Düşünürəm ki, ölkəmizdə və uzaq ABŞ-da aldığım təhsilin, iqtisadi proqram və mexanizmlərin hazırlanması sahəsində qazandığım təcrübənin verdiyi imkanlardan xalqımın rifahı və firavanlığı naminə yeni formalaşacaq parlamentin gücünə güc qatmaqla daha səmərəli istifadə edə bilərəm.

 

Doğulduğum, boya-başa çatdığım, sadəliyi və mərdliyi ilə həmişə qürur duyduğum Füzuli camaatının məni dəstəkləyəcəyinə dərin inamla bu marafona qoşulur və namizədliyini elan edən hər kəsə uğurlar arzulayıram",- Vüqar Bayramov bildirib.

23.12.2019 08:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ