"Kapital Bank" nüfuzlu beynəlxalq akkreditasiyadan keçib
® Əməkdaşlarının peşəkar inkişafına daima böyük diqqət ayıran və sərmayələr yatıran Kapital Bank daha bir uğura imza atıb.
Azərbaycan bankları arasında ilk dəfə olaraq nüfuzlu beynəlxalq ACCA təşkilatının akkreditasiyasından keçib.
Belə ki, bank əməkdaşların maliyyə və mühasibatlıq üzrə hazırlıq səviyyəsinin artırılması və sertifikasiyaların əldə olunması üçün dəstək göstərməkdədir. Peşəkar inkişaf tədbirlərinin təsdiqi olaraq əsas ofisi Londonda yerləşən ACCA (Association of Chartered Certified Accountants) təşkilatı tərəfindən “Approved Employer – Platinum” statusu banka təqdim olunub. Bu akkreditasiya əməkdaşların maliyyə və mühasibatlıq üzrə peşəkarlıq səviyyəsinə yüksək dəstək göstərən təşkilatlara xüsusi qiymətləndirmə prosesinin nəticəsi olaraq təqdim edilir və Kapital Bank Azərbaycanda bu adı qazanan ilk bankdır.
Əməkdaşların təlim və inkişafına diqqətlə yanaşan, cəlbedici işəgötürən olmaqla bağlı silsilə addımlar atan Kapital Bank, bu istiqamətdə də bir sıra yerli və beynəlxalq layihələr həyata keçirir. Bank 2018-ci ildə özünün İnsan Kapitalı Akademiyasını açıb və hazırda bu akademiya bank sektorunda ən böyük korporativ təlim mərkəzidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
8 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
12 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
13 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl