Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Tarif Şurasının bəzi səlahiyyətləri Nazirlər Kabinetinə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tarif Şurasının bəzi  səlahiyyətləri Nazirlər Kabinetinə verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tarif (qiymət) Şurasının bir sıra səlahiyyətləri Nazirlər Kabinetinə verilib.

 

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və ekspertizanın aparılması Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, hüquqi və fiziki şəxslərə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Tarif (qiymət) Şurası deyil, Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.


“Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi qaydası da daxil olmaqla, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Qaydaları”na əsasən, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilə əsasında və onların hesabına aparılır. İndiyə qədər göstərilən fitosanitar xidmətə görə ödənilən vəsaitin məbləği Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilib. Dəyişikliyə  görə, Tarif (qiymət) Şurasının bu sahədə səlahiyyəti Nazirlər Kabinetinə verilib.

 

“Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları”na əsasən, pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin dövlət sınağı, qeydiyyatı və ekspertizası ərizəçinin vəsaiti hesabına aparılır. Qüvvədə olan Qaydaya görə, ərizəçiyə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilib. Bundan sonra isə ərizəçiyə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Tarif (qiymət) Şurası deyil, Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

29.12.2019 06:33

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ