Mobil manşet üstü reklam_21

Bayram gününə olan hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bayram gününə olan hava proqnozu açıqlandı

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında dekabrın 31-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir.

 

Səhər saatlarında duman olacaq. Şimal küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək.

 

Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

30.12.2019 09:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ