Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bayram günlərinin hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bayram günlərinin hava proqnozu açıqlandı

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, dekabrın 30-dan 31-nə keçən gecə respublikanın şərq rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında qisamüddətli yağış yağacağı, dekabrın 31-i günün ikinci yarısında isə kəsiləcəyinin gözlənildiyini deyib.

 

O bildirib ki, Yeni İlin ilk günü ölkədə kifayət qədər yumşaq, küləksiz hava şəraiti olmaqla, temperaturun 14 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır: "Yanvarın 1-i və 2-si ölkə ərarisində hava yağmursuz olacaq. Yanvarın 3-dən 5-dək isə ölkə ərazisində havanın temperaturu 3-4 dərəcə aşağı düşəcək, yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Yanvarın 6-dan isə hava mülayimləşəcək və yağmursuz olacaq".

 

U.Tağıyeva qeyd edib ki, son 20 ildə Bakı və Abşeron ərazisində Yeni İl ərəfəsində 31 dekabrda yalnız 4 dəfə 2006, 2008, 2012, 2015-ci illərdə sulu qar və qar müşahidə olunub: "Yanvarın 1-də isə 3 dəfə, yəni 2007, 2009, 2016-cı ilərdə qar yağıb. 2009-cu ildə hətta hündürlüyü 14 sm olan qar örtüyü əmələ gəlib ki, bu da Bakı üçün nadir hadisədir".

30.12.2019 10:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ