Ən yuxarı statik reklam-3_3

Beynəlxalq Bankın Akademiyasına növbəti qəbul elan edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankın Akademiyasına növbəti qəbul elan edildi

(®) Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasına bu gündən növbəti qəbul elan edilib. Yeni proqramın əsas özəlliyi ölkəmizdə Mobile development sahəsində peşəkar mütəxəssislərə olan ehtiyacı nəzərə alaraq Akademiyada bu ixtisas üzrə də təhsil almaq imkanının yaradılmasıdır.

 

Belə ki, müraciət edən namizədlər arasından 2 istiqamət üzrə 100 tələbə seçiləcək. 50 namizədə Backend, 50 namizədə isə Mobile development (Android, iOS) sahəsində intensiv bootcamp kurslarında təhsil almaq imkanı yaradılacaq. Akademiyaya qəbul olunmaq istəyən şəxslər yanvarın 15-dək Akademiyanın rəsmi Facebook və internet səhifəsi üzərindən onlayn ərizə göndərə bilərlər: www.ibatech.az

 

Onlayn ərizələr göndərildikdən sonra namizədlərin seçimi 4 mərhələdə aparılacaq: motivasiya məktubu, texniki test, məntiq testi və fərdi müsahibə. Təlimlərsə fevralın 3-dən başlanacaq və 3 ay davam edəcək.

 

IBA Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi - 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərir. Tələbələrin rahat gəliş-gedişi üçün nəqliyyat imkanları təmin edilir.

 

Akademiyanın fəaliyyətinə İsrail-Ukrayna şirkəti olan DAN.IT təhsil mərkəzi metodoloji dəstək verir. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparır. IBA Tech Akademiyasında təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə kömək göstərir. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına da dəstək verilir.

 

Azərbaycan Beynəlxalq Bankının belə bir Akademiya yaratmasında məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır.

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

30.12.2019 14:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ