Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İran: Hücumlarımız ilə 80 nəfər amerikalı həlak olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
İran: Hücumlarımız ilə 80 nəfər amerikalı həlak olub

İran dövlət televiziyası, İran ordusunun İraqdakı hədəflərə hücumlarında 80 ABŞ-lının öldüyünü iddia etdi.


 

Reklam_3_11

İran dövlət televiziyasının yaydığı məlumata görə, İran İnqilab Keşikçiləri Ordusunun ABŞ-ın İraqdakı hava bazalarını raket ilə vurması nəticəsində 80 nəfər amerikalı həlak olub.

 

Televiziyada qeyd edilib ki, Tramp açıqlamasında ziyanı gizlətməyə çalışıb. 

 

İran, "ABŞ cavab verərsə vurmaq üçün 100 hədəf müəyyən etmişik" açıqlamasını da edib.

 

Xəbər verdiyimiz kimi, bu gecə İran İnqilab Keşikçiləri Ordusu, ABŞ-ın İraqdakı "Ayn el-Esad" hava bazasını  raketlər ilə vurub.

 

Pentaqondan verilən açıqlamada, "el-Esad" və "Erbil" bazalarına 12-dən çox balistik raket ilə hücum təşkil edildiyi bildirilib.

 

İran dövlət televiziyası "General Qasım Süleymaninin və yoldaşlarının intiqamı üçün ilk cavab verildi" məlumatını yayıb.

 

ABŞ Prezidenti Donald Tramp, İranın İraqdakı iki ABŞ aviabazasına raket hücumu ilə əlaqədar "Twitter"dən açıqlama verib.

 

ABŞ Prezidenti, "Hər şey yolundadır! İraqdakı iki hərbi bazamıza İrandan raketlər atıldı. İtkin və ziyanları qiymətləndiririk. Dünyanın ən güclü və ən təchizatlı ordusu bizdədir. Sabah səhər bir açıqlama da edəcəyəm" deyib.

08.01.2020 06:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ