Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kapital Bank “Partners and Business” sərgisinin tərəfdaşı olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank “Partners and Business” sərgisinin tərəfdaşı olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

® Kapital Bank ölkədə kiçik və orta sahibkarlığın inkişafına daim dəstək göstərir və mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir.

 

Reklam_3_11

Bu istiqamətdə görülən işlərin davamı olaraq, bank növbəti tədbirin rəsmi tərəfdaşı kimi çıxış edəcək. Belə ki, 20-22 fevral tarixlərində Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə keçirilən “Partners and Business” sərgisi Kapital Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə baş tutacaq.

 

Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və s. sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsul və xidmətlər təqdim olunacaq. Ümumilikdə, sərgidə 150-ə yaxın şirkətin iştirakı nəzərdə tutulur.

 

Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

 

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Yeni məhsullardan olan faktorinq, qarantiya, akkreditiv, bankın öz vəsaiti və xüsusi fondlar vasitəsilə maliyyələşmələr müştərilərə təqdim olunur. Sürətli təhlil prosesi, təminatın əksər hallarda tələb olunmaması və aşağı faizlər Kapital Bank-ın bazarda ən yaxşı şərtlər təklif etməsinə bir sübutdur. Həmçinin sahibkarlara yeni nəsil smart kassa cihazları ödənişsiz əsasda təklif olunur.

13.01.2020 07:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ