Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Naftalanda yeni rekord

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naftalanda yeni rekord

 2019-cu ildə Naftalana olan turist səfərləri rekord həddə çatıb – şəhərə 22 ölkədən 40 min turist gəlib.

 

Onlardan 12364 nəfəri xarici ölkələrdən gələnlər olub. Turistlərdən Rusiya, Qazaxıstan, Özbəkistan, İsrail, Ukrayna Belarus, Türkiyə, Səudiyyə Ərəbistanı, Küveyt, Litvadan olan qonaqlar üstünlük təşkil edib. Bununla yanaşı Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan, Bəhreyn, Qətər, İran, Çin, Estoniya, Almaniya, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Qırğızıstan və Kanadadan olan turistlər də buradakı kurort və sanatoriyaların xidmətlərdən istifadə ediblər.

 

Qeyd edək ki, hazırda Naftalanda 10 turizm obyekti fəaliyyət göstərir və burada 1100 nəfər çalışır. Şəhərdə tikintisi davam etdirilən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalan gün ərzində, ümumilikdə, 3 min 800-ə yaxın turistə müasir standartlara uyğun restoran, otel və müalicə xidmətləri göstərmək imkanına malik olacaq və həmin müəssisələrdə işləyənlərin sayı 1500-ə çatacaq. Bu, ümumi şəhər əhalisinin 15 faizini təşkil edir.

 

© Azərtac

15.01.2020 13:49

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ