Fövqəladə Hallar Nazirliyi böyük məbləğdə cərimələnib
Fövqəladə Hallar Nazirliyi cərimələnib.
Məlumatına görə, Yasamal rayon Məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən, nazirlik 331 000 avro cərimə edilib.
FHN İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) ilə təqsirli bilinib.
Nazirlik qərardan apelyasiya şikayəti verib.
Fövqəladə Hallar Nazirliyi barədə daha bir məhkəmə qərarı da var. Belə ki, nazirlik İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib və inzibati xətanın obyekti olmuş 270900,00 ABŞ dollarının iyirmi faizi məbləğində, yəni 54180 (əlli dörd min yüz səksən) ABŞ dolları miqdarında inzibati qaydada cərimə edilib.
Buna dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qərarından Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi şikayət verib.
© “Qafqazinfo”, "BakuPost"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
14 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
15 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 15 saat əvvəl
-
15 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 16 saat əvvəl
-
18 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 18 saat əvvəl
-
18 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
18 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir