Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azexport portalı “Pay Ring” rəqəmsal ödəniş sisteminin icrasına başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azexport portalı “Pay Ring” rəqəmsal ödəniş sisteminin icrasına başlayıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu www.azexport.az internet portalı “Pay Ring” layihəsinin icrasına başlayıb.

 

Portal bu layihənin icrasına Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən  “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” nda müəyyən olunan başlıca hədəfləri əsas götürərək başlayıb.

 

Qeyd edək ki,  “Pay Ring” – nağdsız ödənişlərin müasir simsiz “NFC (Near Field Communication)” rabitə sistemlərindən istifadə etməklə üzük vasitəsi ilə həyata keçirilməsi prosesidir.

 

Azexport portalının meneceri Ayxan Qədəşov bildirir ki, ölkə iqtisadiyyatında nağdsız ödənişlərin stimullaşdırılması və şəffaflığın artırılmasına yönəlik olan “Pay Ring” layihəsinin iş prinsipi “NFC” sistemi ilə işləyən plastik kartlarla eynidir. Qurğunu plastik kartlardan fərqləndirən əsas üstünlükləri aşağıdakılardır:

 

- Ödənişlərin həyata keçirilməsi üçün plastik kart və ya mobil telefona ehtiyacın olmaması;

-  “Token” sistemi vasitəsi ilə yüksək təhlükəsizliyin təmin olunması;

- Qurğunun üzərində istifadəçiyə aid bank məlumatlarının yazılı olmaması kibercinayətkarlıq hallarının minimuma endirməsi;

- Bir milyondan artıq ödəniş əməliyyatlarının həyata keçirilməsi imkanı;

- Qurğunun 10 il zəmanətli olması;

- Qurğunun səthinin zərbələrə və suya davamlı olması;

- Qurğunun kiçik həcmli olması;

- Görünüşünün müasir dəbli olması.

 

Portal meneceri əlavə edir ki, qurğu tam müstəqil və enerjidən asılı olmadığı üçün mobil telefon və ya əlavə avadanlığa ehtiyac yoxdur: “İstifadəçiyə aid olan bank məlumatları qurğuya bir dəfə köçürülür və hesabın artırılması üçün təkrar olaraq qurğuda yeni əməliyyatların aparılmasına ehtiyac yoxdur.”

 

www.azexport.az internet portalı “Pay Ring” rəqəmsal ödəniş sistemi layihəsini "VISA International" şirkəti ilə birgə icra edəcək

 

16.01.2020 08:55

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ