Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan Mərkəzi Bankının strukturu dəyişdi - YENİ RƏHBƏRLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Mərkəzi Bankının strukturu dəyişdi - YENİ RƏHBƏRLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğv edilərək səlahiyyətlərinin Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi ilə əlaqədar bu qurumda struktur dəyişiklikləri həyata keçirilib.

 

Reklam_3_11

Bu barədə AMB-nin internet səhifəsinə istinadən xəbər verilir.

 

Məlumata görə, dəyişikliklər çərçivəsində qurumda Əli  Əhmədovun rəhbərlik etdiyi Bazar əməliyyatları departamenti, Şaiq Adıgözəlovun rəhbərlik etdiyi İqtisadi təhlil departamenti, Toğrul Əliyevin rəhbərlik etdiyi Risklərin idarə edilməsi departamenti, Namiq Yaqublunun rəhbərlik etdiyi Satınalmalar bölməsi ləğv edilib.

 

Əvəzində AMB-də Fuad İsayevin rəhbərliyi ilə Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti, Elrad Seydiyevin rəhbərliyi ilə Maliyyə bazarlarında əməliyyatlar departamenti, Vüsal Qurbanovun rəhbərliyi ilə Sığorta fəaliyyətinə nəzarət departamenti, Tərlan Rəsulovun rəhbərliyi ilə Valyuta ehtiyatlarının idarə edilməsi departamenti, Elnur Allahverdiyevin rəhbərliyi ilə Lisenziyalaşdırma şöbəsi və Zaur Hacılının rəhbərliyi ilə Maliyyə monitorinq bölməsi yaradılıb.

 

Arif Şirəliyevin rəhbərlik etdiyi Strateji idarəetmə departamenti Korporativ idarəetmə departamenti adlandırılıb, Elizbar Əzimovun rəhbərlik etdiyi Ümumi şöbə isə Katibliyə çevrilib.

 

Digər 14 departament (Beynəlxalq əməkdaşlıq və kommunikasiya, Daxili audit, Hüquq, İnformasiya texnologiyaları, İnsan resursları, İnzibati, Maliyyə idarəetməsi, Nağd pul, Ödəniş sistemləri və hesablaşmalar, Pul siyasəti, Statistika, Tədqiqatlar, Təhlükəsizlik, Xəzinə) olduğu kimi qalıb. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Report

16.01.2020 12:39

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ