Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Putin yeni baş nazir təyin etdi - FOTO

iç səhifə xəbər başlığı altı (mobil)_31
Putin yeni baş nazir təyin etdi - FOTO

Rusiya prezidenti Vladimir Putin Mixail Mişutini baş nazir təyin edib.

 

Bu barədə sərəncam Kremlin rəsmi saytında yerləşdirilib.

 

Mixail Mişutin bu postda dünən istefa verən Dmitri Medvedevi əvəzləyəcək.

 

XXX

 

Putin Medvedevi Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini təyin edib.

 

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının sədrinin müavini vəzifəsinin yaradılması və bu vəzifəyə Dmitri Medvedevin təyin olunması haqqında sərəncam imzalayıb.

 

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, Təhlükəsizlik Şurasının sədri Rusiya Prezidenti Vladimir Putindir.

 

Xatırladaq ki, yanvarın 15-də Rusiya Prezidenti “Rusiya Federasiyasının Hökuməti haqqında” Fərman imzalayıb və Baş Nazir vəzifələrinin müvəqqəti icrası Dmitri Medvedevə həvalə edilib. Fərmanın birinci bəndi kabinetin istefasını elan edir.

16.01.2020 14:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ