Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Şirvanda internetin keyfiyyəti yaxşılaşdı - İKİ YENİ ATS

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şirvanda internetin keyfiyyəti yaxşılaşdı - İKİ YENİ ATS

“Aztelekom” MMC tərəfindən Şirvan şəhərində telefon çəkilişi, əhatə dairəsinin genişləndirilməsi, genişzolaqlı internetə olan tələbatın keyfiyyətlə ödənilməsi məqsədilə  bir sıra işlər həyata keçirilib.

 

Reklam_3_11

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumata görə, şəhərin Bülbül küçəsində yeni salınmış yaşayış massivinin  telefonlaşdırılması  məqsədilə  Mərkəzi Elektron ATS-dən  1700 metr uzunluğunda  kabel-kanal xətti çəkilərək sakinlərin rabitə xidmətlərinə olan tələbatını ödəmək üçün 1040 nömrə tutumlu Elektron ATS istifadəyə verilib.

 

Bundan başqa şəhərin İsmət Qayıbov küçəsində istismar müddəti başa çatmış  3000 metr uzunluğunda  kabellər  yeni tip kabellərlə əvəz olunub. Əraziyə xidmət edən Elektron ATS-də yeni  NGN  tipli  avadanlıqlar  quraşdırılıb, nömrə tutumu artırılaraq 928 nömrəyə çatdırılıb.  Parametrlərə cavab verməyən kabellərin dəyişdirilməsi, yeni avadanlıqların quraşdırılması nəticəsində abunəçilərə  göstərilən telefon və genişzolaqlı internet xidmətində yaranmış texniki problemlər aradan qaldırılıb.

 

 2019-cu il ərzində şəhərin müxtəlif ünvanlarında daxili xətt şəbəkəsində genişləndirmə, montaj və digər zəruri işlər görülüb.  

 

Şəhər üzrə görülən işlər nəticəsində telefon və internet abunəçilərinin sayında ciddi artım baş verib.

 

Cari  ildə  də  Şirvan  şəhərində rabitə və  genişzolaqlı  xidmətlərin çeşidlərinin  artırılması   istiqamətində  bir sıra tədbirlərin həyata keçirilməsi  nəzərdə  tutulub.                    

16.01.2020 15:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ