Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Binə” və “Sədərək” üçün möhlət olmayacaq – KASSA-NƏZARƏT APARATLARI TAM ŞƏKİLDƏ QURAŞDIRILACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
 “Binə” və “Sədərək” üçün möhlət olmayacaq – KASSA-NƏZARƏT APARATLARI TAM ŞƏKİLDƏ QURAŞDIRILACAQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Binə” və “Sədərək”də sahibkarların kassa aparatsız işləyəcəkləri son tarix bəyan edilib


 

Vergilər Nazirliyi 2021-ci ilin sonunadək bütün ticarət mərkəzlərində, o cümlədən Bakıdakı böyük “Binə” və “Sədərək” ticarət mərkələrində də kassa-nəzarət aparatlarının quraşdırılacağını bəyan edib.

 

“Marja”nın məlumatına görə, 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş mətbuat konfransında Vergilər nazirinin müşaviri İlkin Vəliyev bildirib ki, kassa-nəzarət aparatları alan sahibkarlar dövriyyələrindən vergi qanunvericiliyinə uyğun vergiləri ödəyəcəklər:

 

““Binə” və “Sədərək” ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlar pərakəndə ticarət qaydasında əldə etdikləri gəlirlərindən vergiyə cəlb olunmalıdırlar. Bütün ticarət mərkəzlərində, yarmarka və bazarlarda  kassa-nəzarət aparatlarının quraşdırılması mərhələli şəkildə aparılacaq və 2021-ci ildə tam başa çatdırılacaqdır. Nazirlər Kabinetinin təsdiq etdiyi qrafik üzrə kassa-nəzarət aparatlarının quraşdırılması 4 mərhələdə aparılır. Artıq 1-ci və 2-ci mərhələlər 2019-cu ildə başa çatmışdır. 3-cü mərhələ 2020-ci ildə icra ediləcəkdir. 2021-ci ildə də 4-cü mərhələ icra edilərək bütün ticarət və xidmət obyektlərində kassa-nəzarət aparatlarının quraşdırılması başa çatdırılacaqdır”.

17.01.2020 07:53

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ