Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Fevralda Bakıya yeni metro vaqonlarının ilk partiyası gətiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fevralda Bakıya yeni metro vaqonlarının ilk partiyası gətiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Fevral ayında "Bakı Metropoliteni" QSC üçün nəzərdə tutulan və il ərzində alınacaq 20 vaqonun ilk partiyası Bakıya gətiriləcək.

 

Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

Onun sözlərinə görə, istehsal prosesindən asılı olaraq 10 və yaxud 5 vaqonun gələn ay Bakıya göndərilməsi nəzərdə tutulur.

 

"İstismarda olan qatarların istismar müddəti başa çatan an həmin qatarların xətdəki fəaliyyəti dayandırılır. Bu qatarlar kəsilib-doğranılaraq metal kimi satılır", - deyə B. Məmmədov qeyd edib.

 

Mətbuat xidmətinin rəhbəri həmçinin əlavə olaraq bildirib ki, yeni qatarların alınmasının iki vacib şərti var. İlk növbədə istismarda olan qatarların istismar müddətinin başa vurması, ikincisi isə yeni stansiyaların açılması ilə zərurət yaranacağı təqdirdə yeni qatarların və yaxud vaqonların alınmasıdır: "Bununla bağlı 2019-cu ildə uzunmüddətli müqavilə imzalanıb və 3 il ərzində "Bakı Metropoliteni"ndə olan qatarların yenilənməsi istiqamətində əhəmiyyətli işlər görüləcək. Həmin müqaviləyə əsasən, 60 yeni vaqon alınacaq", - deyə B. Məmmədov qeyd edib.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© APA

17.01.2020 08:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ