Bakı Limanı və “ADY Konteyner” razılaşdı
Yanvarın 17-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) ilə “ADY Konteyner” MMC arasında əməkdaşlığa dair razılıq əldə olunub.
QSC-dən bildirilib ki, razılaşma ölkə ərazisindən keçən multimodal beynəlxalq nəqliyyat marşrutları üzrə hərəkət edən konteyner yükdaşımaları sahəsində tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və birgə koordinasiyası, eyni zamanda, əməliyyat proseslərinin bütün mərhələlərində əməkdaşlığı nəzərdə tutur.
Razılaşmanı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müavini Məftun Abbasov və “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov imzalayıblar.
Nəzərdə tutulub ki, Çindən, Uzaq Şərqdən və Orta Asiyadan Avropaya və əks istiqamətdə hərəkət edən yüklərin aşırılması, yük konteynerlərinin təslimat və saxlancının təşkil olunması üçün Bakı limanının konteyner terminalının potensialından istifadə olunacaq.
Təchizat zəncirinin idarə olunması prosesinin dəstəklənməsi məqsədilə innovativ rəqəmsal həllərin işlənib hazırlanması və həyata keçirilməsi, Bakı limanının açıq və qapalı anbar ərazilərində həyata keçirilə biləcək əlavə dəyər yaradan xidmət və logistik fəaliyyətlərin dəstəklənməsi istiqamətində birgə fəaliyyət göstərilməsi də sənəddə yer alan məsələlər arasındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 46 d. əvvəl
-
1 saat əvvəl
Tanınmış şambunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
1 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
4 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
4 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib