Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Publik hüquqi şəxslərə nəzarət artırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Publik hüquqi şəxslərə nəzarət artırılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Publik hüquqi şəxsin vəzifəli şəxsləri dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə İnzibati Xətalar və Cinayət  Məcəlləsinə əsasən məsuliyyət daşıyacaqlar.

 

Reklam_3_11

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda əksini tapıb.

 

Dövlət adından yaradılan publik hüquqi şəxsin tabe olduğu orqan (qurum), yaxud Maliyyə Nazirliyi ilə dövlət adından yaradılan publik hüquqi şəxs arasında bağlanmış müqaviləyə əsasında publik hüquqi şəxsin həyata keçirəcəyi tədbirlər üzrə xərclər bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən çox olmamalıdır. Bu xərclərin büdcədən artıq olan hissəsinə Maliyyə Nazirliyi təminat vermir və çatışmayan vəsait cəlb olunan digər mənbələrdən əldə edilə bilər. Vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edəcək.

 

Maliyyə Nazirliyi müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallarda, habelə publik hüquqi şəxs tərəfindən götürülən öhdəliklər tam və lazımi qaydada yerinə yetirilmədikdə, müqavilə əsasında vəsaitlərin ödənilməsini müvəqqəti olaraq dayandıra bilər.

 

Publik hüquqi şəxs müqavilə üzrə alınan vəsaitlərdən istifadə barədə aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatları “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq tərtib və təqdim etməlidir.

18.01.2020 06:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ