Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Kirayə üçün 208 mənzil 1 şirkətdən alınıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kirayə üçün 208 mənzil 1 şirkətdən alınıb

Xəbər verdiyimiz kimi Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq.

 

Reklam_3_11

İlkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlar açıqlanıb. Bu məqsədlə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 331 mənzil alınıb. 

 

Mənzillərin;

- 208-i Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi 13, 13A, 13B, 15,

- 40-ı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 48, 60, 48A, 50A, 52A, 56A, 56B, 56C, 60A, 60B, 60C,

-58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-i məhəllə 15,

-25-i Sumqayıt şəhəri, Sülh küçəsi 20, 20A ünvanlarında yerləşir.

 

“Marja”nın araşdırmasına görə, Nizami rayonunda Mehdi Abbasov küçəsi 13, 13A, 13B, 15 ünvanlarında (7 saylı doğum evi, 12 və 32 saylı məktəblərinin yaxınlığı) alınmış mənzillər bir yaşayış kompleksində yerləşir. Bu ünvanlarda “4 Great” yaşayış kompleksi yerləşir. Kompleks 4 blokdan və 16 mərtəbədən ibarətdir. Məlumata görə, bu kompleks “Körpü-Bina-Tikinti” şirkəti tərəfindən tikilib.  

19.01.2020 09:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ