Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Xəzinə 10 milyon manat borc aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xəzinə 10 milyon manat borc aldı

21 yanvar 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin   10 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

 

Reklam_3_11

Hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 92.6302 AZN (8.0000%) və 96.1741 AZN (4.0000%) olan 20 sifariş təqdim edilib.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.7165 AZN (4.4998%), orta ölçülmüş qiyməti 95.7857 AZN (4.4239%) müəyyən edilib.

 

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 55 milyon 789 min 700 manat, yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edib.

 

İstiqrazların ödəmə tarixi  19 yanvar 2021-ci il.

 

Hərrac iştirakçıları 22 yanvar 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

21.01.2020 14:26

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ