Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Holcim Azərbaycan” da valyutaya görə cərimələndi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Holcim Azərbaycan” da valyutaya görə cərimələndi

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Holcim Azərbaycan” ASC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

 

Məlumata görə görə, palata tərtib etdiyi protokolu baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərib.

 

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilərək 2004 ABŞ dolları məbləğində cərimələnməsi haqqında qərar çıxarıb.

 

Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

 

Qeyd edək ki, 2012-ci ilin aprel ayında “Qaradağ Sement” ASC re-brendinq olaraq "Holcim (Azərbaycan)" ASC olub və dünyanın aparıcı sement təchizatçılarından olan LafargeHolcim Qrupun bir hissəsidir. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Report"

21.01.2020 14:31

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ