Neftçalada 3000 avtomobil yığılmasına nail olunmadı
“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu il ərzində Azərbaycanda 2360 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 2018-ci illə müqayisədə minik avtomobili istehsalı 2,4 dəfə artıb.
2019-cu ilin Yanvar ayında 89 ədəd, Fevralında 87 ədəd, Martında 107 ədəd, Aprelində 153 ədəd, Mayında 490 ədəd, İyun ayında 186 ədəd, İyul ayında 192 ədəd, Avqust ayında 192 ədəd, Sentyabr ayında 192 ədəd, Oktyabr ayında 192 ədəd, Noyabr ayında da 192 ədəd, Dekabr ayında 288 ədəd minik avtomobili istehsal edilib.
01.01.2020-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 175 ədəd təşkil edib. 01.12.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 422 ədəd təşkil etmişdi.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycanda 969 ədəd minik avtomobili yığılmışdı.
"2019-cu ildə “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur",- Fevral ayında "Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında demişdi. Rəsmi rəqəmlərə görə, zavod açıqladığı plana əməl edə bilməyib.
Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri (NAZLifan) yığır.
TRAKTOR İSTEHSALI TƏNƏZZÜLDƏDİR
Həmçinin, 2019-cu ildə ölkəmizdə 905 ədəd traktor istehsal edilib. 2018-ci illə müqayisədə traktor istehsalı 30.5% azalıb.
01.01.2020-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 289 ədəd traktor təşkil edib.
2018-ci ildə ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
12 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
14 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl