Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Konteyner daşımaları rekord dərəcədə artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Konteyner daşımaları rekord dərəcədə artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qazaxıstanın Almatı şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası  Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib. Tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

 

Reklam_3_11

Yığıncaqda qeyd olunub ki, 2019-cu ildə konteyner daşımalarının 71% (10,7 min TEU) artması Xəzər dənizinin limanları üzərindən həyata keçirilən daşımalarda tarixi rekorddur. Görüş iştirakçıları 2019-cu ilin aprel ayında Aktau və Bakı limanları arasında yeni fider xidmətinin istifadəyə verilməsinin artımı şərtləndirən əsas amillərdən biri olduğunu vurğulayıblar. Xəzər dənizində bu xidmətin göstərilməsi dəmir yolu nəqliyyatının istifadəsinin səmərəliliyini artıraraq, konteyner qatarlarının çatdırılmasını xeyli sürətləndirib. 


Yığıncaqda Birliyin 2019-cu il üzrə fəaliyyətinin nəticələri müzakirə olunub, İdarə Heyətinin tərkibi təsdiq edilib. “Qazaxıstan Dəmir Yolu” SC-nin sədri Sauat Mınbayev yenidən Birliyin sədri seçilib.

 

 İclasda "Anaklia Development Consortium” MMC-nin “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin assosiativ üzvlüyündən kənarlaşdırılması məsələsinə baxılıb. Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd.” və Qazaxıstanın “Aktau Dəniz Şimal Terminalı” şirkətləri isə üzvlüyə qəbul edilib.


Tədbirin sonunda müvafiq protokol imzalanıb.

21.01.2020 18:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ