Əhalinin gəlirləri 7,4 faiz, qiymətlər isə 2,6% artıb
2019-cu ildə əhalinin gəlirləri 7,4 faiz, qiymətlər isə 2,6% artıb. Əhalinin gəlirlərinin xalis artımı 4,8% təşkil edib.
Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, 2018-ci illə müqayisədə 2019-cu ildə əhalinin gəlirləri nominal ifadədə 7,4 faiz artaraq 57 milyard manat təşkil etmişdir. Əhalinin hər nəfərinə orta hesabla 5758,6 manatlıq gəlir düşmüşdür. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 52 milyard 500 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 7,1 faiz çox vəsait qalmışdır.
2019-cu ildə istehlak qiymətləri indeksi 2018-ci illə müqayisədə 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,8 faiz, qeyri-ərzaq malları üzrə 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 2 faiz artıb.
2019-cu ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 15,4 faiz artaraq 623,1 manat təşkil etmişdir. Əməkhaqqı neft-qaz sektorunda 3059,7 manat, qeyri neft-qaz sektorunda 568,0 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 516,5 manat, özəl müəssisələrdə isə 759,7 manat olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
16 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 17 saat əvvəl
-
17 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
18 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl