Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Beynəlxlaq Bankın Satınalmalar şöbəsində vakansiyalar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxlaq Bankın Satınalmalar şöbəsində vakansiyalar

(®) “ABB” ASC Satınalmalar departamentinin Satınalma əməliyyatları şöbəsinə Təmir-tikinti istiqaməti üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyaları elan edir.

 

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

 

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 

 Görəcəyiniz işlər:

 

- Smetaların hazırlanması.

- Təmir və tikinti sahəsi üzrə mal çeşidlərinin , xidmətlərin dəyərləndirilməsi, ölçülməsi və bazar qiymətinin müəyyən edilməsi;

- Satınalma planının hazırlanmasında iştirak etmək  və hər ay  bu planın yerinə yetirilməsində iştirak etmək;

- Tender və koterovkalarda iştirak edən şirkətlərin sənədlərinin vaxtında və düzgün verilməsinə nəzarət;

- Bildiriş məktubları və müqavilələrin qalib şirkətlərə təhvil verilməsi;

- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması;

- Təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;

- Tədarükçülərlə işgüzar əlaqələr qurmaq;

- Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirmək;

- Aparılan satınalma proseslərinin optimallaşdırılmasına yönəlmiş təkliflər irəli sürülməsi;

 

Vakant vəzifə üzrə tələblər:

- Ali təhsil;

- Təmir və təkinti sahəsi üzrə müfəssəl biliklərə və təcrübəyə malik olmalı

- Təqdimat bacarığı;

- Layihələrin idarə olunması bacarığı;

- Ofis proqramlarında, xüsusi ilə yüksək Excell və PowerPoint  bilikləri,

- Azərbaycan dili yüksək səviyyədə, Rus dili və İngilis dili (üstünlükdür);

 

Bu iş sizə nələri qazandıracaq:

- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;

- Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

 

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini [email protected]  elektron ünvanına 05.02.2020 tarixinədək göndərə bilərlər.

 

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Satınalma əməliyyatları şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

22.01.2020 02:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ