Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

“NBC Bank”ın maliyyə vəziyyəti məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“NBC Bank”ın maliyyə vəziyyəti məlum oldu

Ötən il “NBC Bank” böyüməkdə davam edib, faiz, qeyri-faiz gəlirləri və xalis mənfəəti artıb


 

Reklam_3_11

“NBC Bank” ASC 2019-cu ili 1 milyon 350 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə “NBC Bank”ın xalis mənfəəti 200 min manat və ya 17,4% artıb.

 

“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “NBC Bank”ın cəmi faiz və  qeyri-faiz gəlirləri 3 milyon 41 min manat və ya 14,% artaraq 23 milyon 998 min manat təşkil edib. Bank 2018-ci ildə 20 milyon 957 min manat faiz və qeyri-faiz gəlirləri əldə etmişdi.

 

2018-ci illə müqayisədə 2019-cu ildə “NBC Bank”ın cəmi faiz və  qeyri-faiz xərcləri isə 5 milyon 730 min manat və ya 30,7% artaraq 24 milyon 413 min manat təşkil edib. 2018-ci ildə Bankın cəmi faiz və qeyri-faiz xərcləri 18 milyon 683 min manat təşkil etmişdi.

 

HƏM FAİZ, HƏM DƏ QEYRİ-FAİZ GƏLİRLƏRİ ARTIB

 

2018-ci ildə faiz gəlirləri 17 milyon 571 min manat ikən 2019-cu ildə 19 milyon 400 min manat, 2018-ci ildə qeyri-faiz gəlirləri 3 milyon 386 min manat ikən, 2019-cu ildə 4 milyon 598 min manat təşkil edib.

 

Qısası, ötən il Bankın 23 milyon 998 min manat cəmi gəlirlərinə qarşı cəmi xərcləri 24 milyon 413 min manat təşkil edib. Əvvəlki dövrlərdə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatdan 1 milyon 764 min manatın azad olması xərclərin gəlirləri 415 min manat üstələməsini bağlayıb və nəticədə Bank ötən ili 1 milyon 350 min manat xalis mənfəət ilə başa vurub. Yaradılmış ehtiyatın azad olması Bankın gecikmədə olan kreditlərinin azaldığına işarədir.

 

BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

 

31 Dekabr 2019-cu il tarixində “NBC Bank” ASC 323 milyon 527 min manat cəmi aktivlərə, o cümlədən 246 milyon 917 min manat kredit portfelinə (müştərilərə verilən kreditlər) malik olub.  2018-ci ilin sonunda “NBC Bank”ın cəmi aktivləri 283 milyon 376 min manat, kredit portfeli 204 milyon 469 min manat təşkil etmişdi. Beləliklə, ötən il Bankın cəmi aktivləri 40 milyon 151 min manat və ya 14,2%, kredit portfeli isə 42 milyon 448 min manat və ya 20,7% artıb.

 

BANKA YERLƏŞDİRİLƏN DEPOZİTLƏR DƏ ARTIB

 

2018-ci illə müqayisədə 2019-cu ildə “NBC Bank”ın depozit portfeli 36 milyon 340 min manat artaraq 142 milyon 766 min manata yüksəlib.

 

MƏCMU KAPİTALI YÜKSƏLİB

 

31 Dekabr 2019-cu il tarixində “NBC Bank” ASC 59 milyon 601 min manat məcmu kapitala malik olub. Bank 2018-ci ilin sonunda 57 milyon 88 min manat məcmu kapitala malik idi.

22.01.2020 18:26

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ