Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda yeni buğda, arpa və noxud sortları yaradılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda yeni buğda, arpa və noxud sortları yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutu daha məhsuldar olan yeni buğda, arpa və noxud sortları yaradıb.

 

Bu barədə institutdan məlumat verilib.

 

Bildirilib ki, bununla bağlı "Mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatlarının toplanması, in situ/on-farm və ex situ şəraitdə mühafizəsi, tədqiqi, özək və əlamət kolleksiyaların yaradılması və seleksiyada istifadəsi" mövzusunda tədqiqat aparılıb.

 

Tədqiqat nəticəsində bərk buğdanın “Maya”, yumşaq buğdanın “Start”, çoxcərgəli arpanın “Cəmil”, noxudun “Cəmilə”, inək noxudunun “Ayla” sortları yaradılıb. Əvvəlkilərdən daha məhsuldar olan bu sortlar Azərbaycanın müxtəlif regionlarında becərilmək üçün rayonlaşdırılıb.

 

Artıq yeni sortlara Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi tərəfindən patent verilib.

23.01.2020 05:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ