Fəhlənin ölümünə görə şadlıq sarayının rəhbəri həbs edildi
Şadlıq evində baş verən ölüm hadisəsi ilə bağlı sahibkar həbs edilib.
Baş Prokurorluqdan verilən məlumata görə, yanvarın 20-də Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü Rəşid Məmmədovun Xaçmaz şəhərində yerləşən “Aygün” şadlıq sarayında hündürlükdən yıxılaraq vəfat etməsi barədə daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış istintaqla fərdi sahibkarlıq fəaliyyəti məşğul olan 1960-cı il təvəllüdlü Bəxtiyar Əmrahovun müqavilə əsasında icarəyə götürdüyü həmin şadlıq sarayının təhlükəsizlik qaydalarına riayət etməsi cavabdehliyini öz öhdəsinə götürməklə texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq əmək müqaviləsi ilə fəhlə kimi işə götürülmüş Rəşid Məmmədovun həmin qaydaları pozaraq elektrik lampalarını yenisi ilə əvəz etdiyi çilçıraqları sarayın asma tavanına taxta nərdivanla qalxmasına qadağa qoymamasına və sonuncunun ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq vəfatına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Bəxtiyar Əmrahova Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
12 d. əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
38 d. əvvəl
Kənd təssərüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 41 d. əvvəl
-
1 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 1 saat əvvəl
-
3 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 3 saat əvvəl
-
4 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
4 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir