Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan təkrarsığorta üzrə dünya liderilə danışıqlar apardı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan təkrarsığorta üzrə dünya liderilə danışıqlar apardı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşüb.

 

“Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti bildirib ki, “Swiss Re” şirkəti Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarda iştirak etməyə, Azərbaycanda sığorta bazarının daha da inkişafına töhfə verməyə hazırdır.

 

“Swiss Re”nin əsasən fövqəladə hallarda yaranan sığorta hadisələri və onların təkrar sığortası üzrə dünyanın ixtisaslaşmış lider şirkətlərindən biri olduğunu deyən Veronika Skotti təmsil etdiyi qurumun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr barədə məlumat verib. 

 

Dövlətimizin başçısı ölkəmizdə sığorta bazarının, xüsusilə daşınmaz əmlak sahəsində sığorta sisteminin səmərəli təşkilinin və inkişafının vacib olduğunu vurğulayıb.

 

Görüşdə bu sahədə beynəlxalq təcrübənin Azərbaycanda tətbiqini sürətləndirəcək xarici investorlarla, o cümlədən “Swiss Re” şirkəti ilə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. 

23.01.2020 11:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ