Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Kirayə ilə bağlı şaiyələrə RƏSMİ CAVAB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kirayə ilə bağlı şaiyələrə RƏSMİ CAVAB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

22 yanvar 2020-ci il tarixində satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin qəbuluna başlanılmaı nəzərdə tutula da, “Elektron ipoteka və kredit zəmanət sistemi” işləmədiyindən vətəndaşlar müraciət edə bilimədilər. Yarnmış vəziyyət bir çoxlarında "ilk növbələr öz adamları tərəfindən tutuldu" kimi şaiyələrin yaranmasına səbəb olmuşdu.

 

 İpoteka və Kredit Zəmanət Fondundan "Marja"ya bildirilib ki, indiyədək heç bir müraciət qeydə alınmayıb.


"Məlum olduğu kimi, 22 yanvar 2020-ci il tarixində satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin kütləviliyi sistemin işində donma və ləngimələrə gətirib çıxarıb və əksər vətəndaşların müraciətlərin göndərilməsində çətinlikləri müşahidə olunub. Qeyd etmək istəyirik ki, müraciətlərin qəbulu zamanı yaranmış texniki problem bütövlükdə sistemin fəaliyyəti ilə deyil, yalnız vətəndaşların istifadəsinə verilmiş yeni modulla əlaqədar olub.

 

Bununla əlaqədar vətəndaşların müraciətləri üzrə ədalətli növbəliliyin və bərabər imkanların təmin edilməsi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılıb və heç bir müraciət qeydə alınmayıb. Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən baş vermiş texniki problemlə bağlı məsələyə anlayışla yanaşılmasını xahiş edir və bildiririk ki, ən qısa müddət ərzində satmaq öhdəliyi ilə kirayə mexanizmi ilə bağlı müraciətlərin qəbulu prosesinə başlanılacaq".

23.01.2020 13:10

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ