Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"İnflyasiyada mülayim artım siqnalları var"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İnflyasiyada mülayim artım siqnalları var"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Mərkəzi Bankının (AMB) yeni sədri Kristin Laqard (Christine Lagarde), bankın iclasının ardından keçirdiyi mətbuat konfransında açıqlamalar verib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Laqard inflyasiyada bir miqdar mülayim artım siqnalları olduğunu qeyd edib.

 

AMB sədri, "Gələn məlumatlar iqtisadi artım dinamikalarında bir az sabitlik olduğuna işarə edir" deyərək, iqtisadi artıma qarşı risklərin daha az diqqətəçarpan olduğunu vurğulayıb. 

 

İnflyasiyanı artırmaq üçün əhəmiyyətli dərəcədə təşviqə ehtiyacı olduğunu vurğulayan AMB sədri, "Struktur islahatlarına başlanmalıdır. Hökumətlər hərəkətə keçməlidir" deyib.

 

"Borclu ölkələr ehtiyatlı maliyyə siyasətləri aparmalıdır" deyən Lagard, daha çox iqtisadi artıma yönəlmiş maliyyə siyasəti çağırışını təkrarlayıb. 

 

Laqard, ABŞ ilə Çin arasındakı birinci mərhələ ticarət razılaşmasının qeyri-müəyyənliyi azaltdığına diqqəti çəkib.  O, Avropa Birliyi (AB) ilə ABŞ arasındakı ticarət mövzusunda çalışılmağa davam edilməsini gözlədiyini sözlərinə əlavə edib.

 

Xəbər verdiyimiz kimi, Avropa Mərkəzi Bankı (AMB) 2020-ci ilin ilk yığıncağında gözlənildiyi kimi faiz dərəcələrində dəyişikliyə getməyib. Pul siyasəti faizi sıfır, depozit faizi mənfi 0,50 və marjinal maliyyələşmə faizi də 0,25%-də saxlanılıb. 

 

Bankın açıqlamasında inflyasiya hədəfinə yaxınlaşana qədər faizlərin mövcud səviyyədə ya da daha aşağı olacağı qeyd edilib. Qiymətli kağız alışı proqramının ehtiyac olduğu müddətdə davam edəcəyi bildirilib. 

23.01.2020 15:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ