Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Pensiyalar 15% artırılır – RƏSMİ ŞƏXSDƏN AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Pensiyalar 15% artırılır – RƏSMİ ŞƏXSDƏN AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Əmək pensiyaları orta aylıq əməkhaqqının 2019-cu ildəki artım teminə uyğun şəkildə indeksləşdiriləcək”.

 

“Marja”nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib.

 

“Bütün pensiyaçıların təqüdlərinin sığorta hissəsi ötən il əməkhaqqının artım teminə uyğun şəkildə indeksləşdiriləcək. Bizim təxmini gözləntimiz 15% ətrafındadır. Son illər ərzində bu böyüklükdə artım olmamışdır. Bildiyimiz kimi, ötən il minimum əməkhaqqı təxminən 2 dəfə artırılıb. Minimum əməkhaqqının artırılması zəncirvari effekt ilə orta aylıq əməkhaqqının 15% artmasına şərait yaratmışdır. Rəqəmlər təqdim edildikdən sonra, Fevral ayında əmək pensiyalarının sığorta hissəsi ölkə üzrə orta əməkhaqqının artım tempinə və fərdi şəxsi hesablarda yığılan pensiya kapitalı isə ötən ildəki inflyasiya (2,6% - Marja) səviyyəsində indeksləşdiriləcək. Artımlar Fevral ayında pensiyalar ödənilərkən vətəndaşlara ödəniləcəkdir”,- Babək Hüseynov deyib.

24.01.2020 11:10

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ