“GünayBank” böyüyüb, xalis mənfəəti 2 dəfəyə yaxın artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“GünayBank” böyüyüb, xalis mənfəəti 2 dəfəyə yaxın artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“GünayBank” ASC 2019-cu ili 2 milyon 174 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə 2019-cu ildə Bankın xalis mənfəəti 885 min manat və ya 1,7 dəfə (70%) artıb. “GünayBank” 2018-ci ili 1 milyon 289 min manat xalis mənfəət ilə bağlamışdı.

 

“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “GünayBank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 13,5% artaraq 20 milyon 531 min manat təşkil edib. 2018-ci ildə Bankın faiz və qeyri-faiz gəlirləri 18 milyon 96 min manat olmuşdu.

 

“GünayBank”ın faiz gəlirləri 2018-ci ildə 8 milyon 888 min manat ikən 2019-cu ildə 12 milyon 70 min manat, qeyri-faiz gəlirləri isə 2018-ci ildə 9 milyon 208 min manat ikən 2019-cu ildə 8 milyon 461 min manat təşkil edib.

 

2019-cu ildə “GünayBank”ın cəmi faiz və qeyri-faiz xərcləri 17 milyon 189 min manat, əməliyyat mənfəəti 3 milyon 342 min manat təşkil edib. Əməliyyat mənfəətinin 1 milyon 167 min manatı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayrılıb. Nəticədə Bank ötən ili 2 milyon 174 min manat xalis mənfəət ilə başa vurub.

 

2018-ci ildə “GünayBank” 6 milyon 788 manatlıq əməliyyat mənfəətinin 5 milyon 498 min manatını məqsədli ehtiyata ayırmışdı.

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

 

2018-ci illə müqayisədə 2019-cu ildə “GünayBank”ın cəmi aktivləri 24 milyon 556 min manat və ya 12,8% artaraq 215 milyon 756 min manata, müştərilərə verilən kreditlər isə 12 milyon 806 min manat və ya 8.8% artaraq 158 milyon 916 min manata yüksəlib.  

 

Keçən il “GünayBank”ın depozit porfeli 11 milyon 108 min manat və ya 15,7% artarq 81 milyon 569 min manata çatıb.

 

31 Dekabr 2019-cu il tarixində “GünayBank” 64 milyon 279 min manat məcmu kapitala malik olub.

25.01.2020 10:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ