Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“İnvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İnvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İnvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.


 

EUR

Beynəlxalq valyuta birjalarında Çində aşkarlanan koronavirusunun getdikcə yayılması xəbərləri qeyri-müəyyənlikləri artırmaqla, dollara olan tələbi də artırır. Bu, EUR/USD məzənnəsində də özünü göstərir və məzənnədə ucuzlaşma tendensiyasının 1.09$-a kimi dərinləşə biləcəyi proqnozlaşdırılır.

 

Bununla yanaşı, cari həftə ərzində çərşənbə günü Bakı vaxtı ilə saat 23:30-da baş tutacaq Amerika Mərkəzi Bankının (FED) mətbuat konfransı, cümə axşamı saat 17:30-da ABŞ-dan və cümə günü saat 14:00-da Avrozonadan dərc ediləcək iqtisadi inkişafa dair önəmli fundamental göstəricilər də diqqət mərkəzində olacaqdır.

 

GBP

GBP/USD məzənnəsi də təzyiq altındadır və qiymət keçən həftənin maksimumu altında qalarsa, ucuzlaşma 1.30$-a kimi davam edə bilər.

 

Cümə axşamı saat 16:00-da İngiltərdən də faiz qərarının açıqlanması gözlənilir. Faizlərdə Breksit riski fonunda azaldılma proqnozlaşdırılmasa da mərkəzi bankın idarə heyətində tərəfdarlarının artması ehtimal edilir.

 

TRY

Lirədə də ucuzlaşma müşahidə edilir və ucuzlaşmanın 5.99TL-yə kimi davam edə biləcəyi proqnozları getdikcə artmaqdadır.

 

Bu istiqamətdə cümə günü saat 11:00-da Türkiyənin ticarət dövriyyəsi ilə bağlı yayımlanacaq önəmli statistik göstəricilər də önəmli rol oynayacaqdır.

 

OIL

Enerji birjalarında da Avropanın Brent markalı neftinin bir barel qiymətində ucuzlaşma müşahidə edilir və ucuzlaşmanın 58-56$-a kimi davam edə biləcəyi proqnozlaşdırılır.

 

Çərşənbə günü saat 19:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzindədir.

 

GOLD

Dünyada siyasi və iqtisadi risklərin mövcudluğu, əlvan metallar bazarlarında qızıla olan tələbin aktual səviyyələrdə qalmasına səbəb olur. Belə ki, bir unsiya üzrə qiymətdə keçən həftə müşahidə edən bahalaşma, 1588$-ın (51.1 $/qram) qırılması ilə 1600$-a (51.5 $/qram) kimi də davam edə bilər.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

 

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.


 

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

 

27.01.2020 07:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ