Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycana könüllü geri qayıdanlara yardım edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana könüllü geri qayıdanlara yardım edilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində Niderland Krallığından könüllü mənşə ölkəsinə qayıtmış şəxslərə reinteqrasiya yardımı ilə təmin etmişdir.

 

Qurumun Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, layihə çərçivəsində könüllü qayıtmış şəxslər BMqT-nin dəstəyi ilə gəlir gətirən fəaliyyət növü kimi taksi xidmətinin göstərilməsi məqsədi ilə müvafiq avtomobilləri satın almışlar.

 

BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda İsveçrə, Belçika, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. Ayrılmış reinteqrasiya yardımı kiçik biznesin qurulması, mövcud biznesə sərmayə qoyulması, təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı üçün istifadə edilə bilər.

 

TƏŞKİLATDAN AÇIQLAMA - "AVTOMOBİLLƏR HƏDİYYƏ OLUNMUR"

 

"Dünən təşkilatımızın yaydığı mətubat üçün açıqlamanın Azərbaycan versiyasının başlığı xəbər agentlikləri tərəfindən dəyişdirilərək Avropadan Azərbaycana könüllü qayıdanlara bahalı hədiyyə (digər versiyada avtomobil) verildi kimi qeyd olunub. Bu başlıq yanlışdır və xəbərin mətnində qeyd olunan məsələləri əks etdirmir. Qeyd edim ki, avtomobillər hədiyyə olunmur, onu könüllü geri qayıdan miqrantlar özləri öz vəsaitlərinə alır və bizim təşkilat həmin məbləğin müəyyən hissəsini ödənilməsində yardım göstərir. Bu yardım onlara özləri seçdikləri sahələr üzrə sahibkarlıq fəaliyyəti qurmaq üçün dəstəkdir, yəni buraya kənd təssərüfatı, ictimai iaşə, gözəllik salonu, dərziçilik və sair sahələr də daxildir (Bu barədə digər xəbərlə bizim saytda tanış ola bilərsiniz https://azerbaijan.iom.int/news/iom-assists-returnees-netherlands-establish-income-generating-activity)., - BMqT-nin Azərbaycandakı nümayəndəliyindən Marja-ya bildirilib. 

29.01.2020 08:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ