Dövlət şirkəti müstəqil auditə 66 min manat ödəyəcək
"Cənub Qaz Dəhlizi" QSC Maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun müstəqil auditi aparacaq şirkəti seçib.
"Marja" xəbər verir ki, QSC "Ernst & Yanq Holdinqs (Siayes) Bİ.Vİ." şirkətinin Azərbaycan filialı ilə müqavilə bağlayıb. Müqavilənin məbləği 66 min manatdır.
Müqavilə "Maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun müstəqil auditi"ni nəzərdə tutur.
Avropa bazarlarına Azərbaycan qazının çatdırılmasını təmin etmək üçün, Azərbaycan Respublikasının Prezidenti 29 oktyabr 2013-cü il tarixində Şahdəniz qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi (“SD2”), Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi (“SCPX”), Trans-Anadolu Boru Kəməri (“TANAP”) və Trans-Adriatik Boru Kəməri (“TAP”) layihələrinin (birlikdə “Layihələr”) səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı dövlət tərəfindən nəzarət və hərtərəfli kömək göstərilməsini təmin etmək məqsədi ilə Dövlət Komissiyası yaradılması haqqında sərəncam imzalamışdır.
Azərbaycan Respublikasının Prezidenti 25 fevral 2014-cü il tarixində Layihələr üzrə Dövlətə məxsus payların konsolidasiya edilməsi, idarə olunması və maliyyələşdirilməsi məqsədilə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (“CQD”) yaradılması haqqında sərəncam imzalamışdır. CQD Dövlət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) (51%) və SOCAR-ın (49%) təsisçiliyi ilə 31 mart 2014-cü il tarixində yaradılmışdır.
Yuxarıda qeyd olunan sərəncama uyğun olaraq, SOCAR-ın Layihələr üzrə bütün iştirak payları CQD-yə ötürülmüşdür və bu payların maliyyələşdirilməsi CQD tərəfindən həyata keçirilir (Şahdəniz və SCP layihələrində 10% iştirak paylarının ötürülməsi 2023-cü ildə qabaqcadan razılaşdırılmış müəyyən şərtlərin yerinə yetirilməsindən sonra nəzərdə tutulmuşdur).
CQD-nin adından Layihələr üzrə əməliyyat işlərini SOCAR həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 25 d. əvvəl
-
28 d. əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 33 d. əvvəl
-
1 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
1 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl